Sən getdin gedəli həyat dəyişdi,
Sanki bu dünyaya yeni gəldim mən.
Elə bilirdim ki, sevirəm səni,
Sən demə özümü aldatmışam mən.
İllərim getmişdi, səni sevəndə,
Özümü lap təmiz itirmişdim mən.
Sən mənim sevgimə, layiq deyilsən,
Bunu ,zamanla anlamışam mən.
Neynədim axı mən, sənə ay bədbəxt,
Sanırdın ki , sənsiz ,heçəm ,mən.
Indi görürsən ki,bu ,bir ,səhv imiş,
Mənsiz ,bu dünyada bir heçsən sən.
Gəlmişdin üstümə ,dərdlə, kədərlə,
Özümü unudub ,tutdum əlindən.
Məni aldatmışdın ,şablon sözlərlə,
Bunu xatırlayıb utanıram mən.
Ötən illəri, kaş ,qaytara bilsəm,
Seni bu dünyadan silə bilsəm mən.
Nə qədər, ağılsız, ola bilmişəm,
Sənə təkrar-təkrar ,güvənmişəm mən .
©tharabglyv
T