Hər dili tərpəndikdə oyanır
İçimizdə gözəl həssas hisslər
Səsi gəldikcə ruhum dincəlir
Musiqin ruhumuzda titrəyir.
Bir başa ilham gətirən pəri
Aləm ondan çıxan sesin xəstəsi
Bəstəkarlar onun sevgilisi
O şairlərin səsli hurisi.
Səsi ahəstə tərpənir qəlbdə
Məst eyləyərək gəlir səsdə
Ağıl döndərən musiqi,bəstə
Dünyadakı gözəl səsli nəsnə.
©darya_isaq
D