Baharınız xəzan olsa çarə nə
Ürək dolu fəğan olsa çarə nə
Ölənləriz cavan olsa çarə nə
Ay atalar ay analar ağlarsız?
Hara gedək kədər bizi tapmasın
gəlib gecə səhər bizi tapmasın
belə qara xəbər bizi tapmasın
'Memmed' harda 'Hüsen' başsız gəlibdir?
'Zuvər xanım' dəli olub ağlayır
hər gün durub bir dəstə gül bağlayır
daşı öpür ürəyini dağlayır
diyer'Hüsen'anan gəlib dur danış!
'Ezem xanım'day pis günə qalıbdır
baş üstündə ölüm kölge salıbdır
fələk ondan nə tez oğlun alıbdır
'PirNene'de yanar ağlar hər gecə!
səhər tezdən ağ at gələr uzaqdan
qırmızı gül ona səpər uzaqdan
'Memmed' gəldi,gəlin! diyer uzaqdan
Ağ at gəldin bəs Memmed'im hayanda?
yel gətirər qara xəbər ellərə
torpaq seperler analar tellərə
qoşularam gözden axan sellerə:
'- qızılgül olmayaydı
saralıb solmayaydı
bir ayrılıq bir ölüm
heç biri olmayaydı-'
...............Note:PirNene yol adıdı
6.10.2004 15:49:00.
©ahmethani
A