Qəflət yuxusunda yatan kişilər
Hər şeyin ləzzətin,dadın aldılar.
Dünyaya şərəfin satan kişilər
Elə bil əxlaqsız qadın aldılar.
Gözünü qırpmadan sənsiz öləni
Sən göz qırpımında atıb gedersən.
Səni qəlb taxtında Yusif biləni
Sən qul bazarında satıb gedərsən.
Mən dərdtən qoxmuram səbrim mətindi
Qoxduğum yırtıcı tək həsrətindi
Dərin şairləri sevməy çətindi
Üzməy bacarmasan batıb gedərsən.
Ey xəyal səssiz gəl lal qonağım ol
Yarımı yadıma sal qonağım ol
Gözümün üstündə qal qonağım ol
Gecədi yol çıxma yatıb gedərsən.
Cənnətin ən gözəl güllərin dərin
Ayağı altında əkin anamın.
Əridin gözümın qaralarını
Ağaran telinə çəkin anamın.
©baxruz
B