B

.....

sənlə aramızdakı fərqlər böyük idi..
sən məni sevmirdin məsələn.
mən isə səni sevirdim.
sən qarşıya ümidsiz baxırdın..,
mən isə tək o ümidlə yaşayırdım..
sən həmişə qəlb qıran idin,
mən isə qəlbi qırılan..
amma buna baxmayaraq..
sən həmişə gedən idin..,
mən isə qalan..
və sən qarası olmayan bir bəyaz idin
mən isə tamamilə qara..
amma ən çox biz yaraşırdıq bir birimizə..
ağ ilə qara.