Bir vaxtı bu dünyadə tufan eləyən kəslər,
Bir gün qalacaqdırlar əllərdə-ayaqlarda
Haqqın səsi gəldikdə aşkar olacaq hər şey,
Bir-bir danışar onda əllər də, ayaqlar da
Fəryad ucalar onda çəkdikcə cəza cismin
Yandıqca yanar cismin dəhşətlə ocaqlarda
Xeyri sənədir dursan pisdən kənar, ey insan!
Bir gün düşəcək yadə et sırğa qulaqlarda
Qəlbin daş olar yatsan qəflət yuxularında
Dur haqqa bir addım gəl, qalma çox uzaqlarda
Salmış səni dünyadə nəfsin elə bir halə
İsmin pozulub insan yazdığı varaqlarda
Vardır bir ümid dönsən sidq ilə Ona sarı
Təftişdə ol hər vaxtı aldanma yasaqlarda
🍃Merac🍃
©merac
M