M

🇦🇿...🇦🇿...🇦🇿

Əhsən olsun bu rəşadətli, müzəffər qoşuna
Şükr ola qismət olub bizim, çün zəfər qoşuna
Qəlbin olsun daha şad məğlub oldu düşmənimiz
Qarşı qorxaq dura bilməz belə mərd, nər qoşuna
Elədik onları məcbur buradan qaçmağa biz,
Çün bərabərdi bizim bir neçə əsgər, qoşuna
Süpürüb tullayarıq onları Qafqazdan həmən
Versə bu cürnə əmr bir dənə rəhbər, qoşuna
Ana torpağımızın dağları, daşları belə
Lazım olduqda olur gör necə səngər qoşuna
Göstərirdin gücünü Gəncəyə, həm Bərdəyə sən
Belə vardırsa gücün, indi də göstər qoşuna
Allahından diləyir rəhmət olan hər şəhidə
Həmçinin qüvvə, dözüm Merac hey istər qoşuna
🍃MERAC🍃
©merac