Səhraya bənzəyir bu vəziyyətim,
Bir ovuc suya möhtac qalmışam.
Yerdə qalsa da çəkdiyim hər əziyyətim,
Səni boz səhralarda ağac sanmışam.
Dəniz tək həm coşub, həm dalğalanıb,
sakit sularda batıb qalmışam.
Gözlərim axtaranda bir güvən yeri,
Səni dəniz ortasında saray sanmışam.
Özümə şair deyib lovğalanıb,
Bütün cahana xəbər yaymışam.
Bu sözümlə sənə haqq verib,
Bəlkə də öz taleyimə balta çalmışam.
Bülbül səsi eşitsən, diqqətlə dinlə,
Adını quşlara əzbərlətmişəm.
Göyərçin görsən, sonacan izlə,
Son dəfə görüşmək üçün niyyətlənmişəm.
©_senan_.06
_