M

🥀...🍃...🥀

Nəyin var? Necəsən?
Soruşma məndən!
Kədərli bir ürək nə cür olmalı?
Səninlə ağlayıb, səninlə gülən,
Bircə cüt gözlərim nə cür olmalı?
Durub həsrətinlə zar-zar ağlasam,
Axı sınmış qəlbim, danlayar məni
Danlayar, amma ki, dözməz,
Sonunda.. bilirəm...
Bilirəm yenə o, anlayar məni...
Bu kədər əlindən qaçım haraya?!
Getməyə bir yerim qalmayıb axı
Kimləri çağırım imdad, haraya?!
Bir kəsim, bir yarım qalmayıb axı
Nə qədər yazasan kədər, qüssədən
Bu qədər yazmağın faydası varmı?!
Gör nələr yazmışam nələr, qüssədən
Bundan qurtulmağın qaydası varmı?!
Bu qədər incəlik nəyə gərəkdir?!
Bir halda dərdini bilən yoxdusa..
Bu qədər yazılan kimə gərəkdir?!
Dərdini bir kəslə bölən yoxdusa..
Yaxşısı budur ki, sakitcə ağla
Nə ruhun incisin, nə də ki, qəlbin
Yaxşısı qoy yerə əbədi bağla
Qırıldı harda ki, nədə ki qəlbin..
🍃MERAC🍃
©merac