Ramiz Rövşənin "Dünya" şeirindən təsirlənərək
____________________________________
Bunu atalar deyiblər qalıb bizə məsəldən
Ömrə vəfa, etibar yoxdu bilin əzəldən
Çox evi darmadağın edib fitnə, fəsadlar
Yandırıb öz imanın hiylə, kələk düzəldən
Vəfa yoxdu dünyada gör nə gözəl deyiblər:
"Bir daha yarpaq olmaz solub gedən xəzəldən"
Qəlbini sındırarlar bağlama bel hər kəsə
Vəfa əhdi-peymana görərsən az gözəldən
Rabilə ilham, təbi aləmi-eşqdən gəlir
Duyur yarın ətrini bu cür şeir, qəzəldən
🍃MERAC🍃
©merac
M