Ruhum ölü misalıı,axan seldi göz yaşım.
Hələ nə qədər bu dərtdən, ağrıyacaqdır başım.
Bəlkə köçsəm dünyadan, bu yalançı röyadan,
Eşq yolunda yığdığım, həsrət olsun baş daşım.
▪▪▪▪▪
Qəlbi qıran çox oldu, yenə bir söz demədim.
Üzdə bilindirmədən, ürəyə dərd eylədim.
Çox dözməz bəlkədə, nəsib olmaz hər kəsə,
Yolunda can verdiyim eşq olacaq əcəlim.
▪▪▪▪▪
Can evimdən vuruldum, can dözmədi bu dərdə.
İnsanlıq qalmayıbdı, insan dolu bu yerdə.
Nə qədərki mən varam, hələ bir müddət sağam,
O vaxtadək silinməz qalar adın bu qəlbdə..!
B