Şərəf lövhəsinə qoy düşsün adın
Dünyanı dəyişir artıq bir qadın..
🍃...🥀...🍃
Aləm sənə bu gün məftundu, məftun
Sənlə ucalıbdır gör neçə sütun
Seçim olunarsa, o zaman bütün,
Milyondan seçilər sənin savadın
Dünyanı dəyişir artıq bir qadın..
Dünyaya tanıtdın öz hüququnu
Qoruyub "vəhşidən" öz vücudunu
Çəkərək yenidən öz hüdudunu,
Xanıma çevirdin adın arvadın
Dünyanı dəyişir artıq bir qadın..
Biliklə ucaldın bu mərtəbəyə,
Elm yollarında bir tələbəyə
Yetişdin inamla sən qələbəyə,
Qırdın maneəsin özgənin, yadın
Dünyanı dəyişir artıq bir qadın..
Haqqını tapmadın olanda sürgün
Qəlbin qırılan an sən oldun üzgün
Bəlkə mələklər də ağladı o gün,
Haçan ki ucaldı sənin fəryadın
Dünyanı dəyişir artıq bir qadın..
Rabil də bir para yazdı adına
Dayana bilmədi bu fəryadına
Tanrı elə qüvvə verdi qadına,
Acizdir qüvvəsi ondan poladın
Şərəf lövhəsinə qoy düşsün adın
Dünyanı dəyişir artıq bir qadın..
🍂QəmliAşiq🍂
©qemliasiq
M