Sirli bir dünyadan danışsın sənə ,
Qadın bir dünyadır onu sevənə ,
Sevilməz hər önünə gələnə ,
Qadın bir sirdir onu bilənə .
Dünyanın ən gözəl varlığı qadın ,
Gəzdiyin yerlər cənnətə bənzər,
Ürəyimin üstündə yazılıb adın,
Sevdiyin şeirlər göylərdə gəzər.
Hər gülüşü bir üzdə sevinc yaradan ,
Tanrının ən gözəl təsvirisən qadın .
Nə gözəl yaradıb səni yaradan,
Əyilmə qarşısında özgənin, yadın.
©azeri_kızı
A