M

🥀..QADIN..🥀

Qoca dünyaya şəfəq saçdı sənin pak baxışın
Neçə görkəmsizə görkəm gətirib bir naxışın
İldırım təsiri var dəysə kimə söz çaxışın,
Onu ruhdan eləyər bir belə möcüzdü qadın.
Onu bənzətmək olar, bəlkə, qəliz bir kitaba
Onu bənzətmək olar, bəlkə, qıfıllı bir baba
Kim onu anlasa layiqdi neçə min savaba
Dəyərin kim bilə qəbul eləyər sözdü qadın.
Neçə illər atılan atəşi-sözlə vurulub,
Neçə illər zaman ilə axaraq hey durulub
Böyük aləm sütunu, bəlkə də, onla qurulub
Görən hər tənəyə illərlə nə cür dözdü qadın?!
Onu aləmdə görən tək yaradıbdır Yaradan?!
Bu dözüm, qüvvəti almış görəsən ol haradan?!
Neçə milyonlar ötübdür yaranandan aradan,
Yenə əvvəlki təkin sanki yanan közdü qadın.
Neçə illər keçə, əlbəttə ki, ölməz dəyərin
Elə bir ölçüdəsən ölçüyə gəlməz dəyərin
Rabil, hər kim onun aləmdə ki, bilməz dəyərin,
Bir də dərk eyləyəcək dünyadan əl üzdü qadın..
🍂QəmliAşiq🍂
©qemliasiq