Ey günəşi sönmüş qadın,
Həyatda tək qalıb adın.
Nə üçün özgənin, yadın,
Dərdin fikrin sən çəkirsən?!
Talehin yazılıb qara,
Baş alıb gedirsən hara?
Ama sən düşəndə dara
Öz dərdini tək çəkirsən.
Qanadın yox uçasan sən,
Bəlkə çıxıb qaçasan sən?
Nurun yoxki saçasan sən
Bilən yoxdur nə çəkirsən..
©sh.tural
T