♥Qadın necə olur ki♥
Qadın necə olur ki?
Bir atanın gül qızı
Bəzən qadın atasız
Olar dünya yalqızı
Qadınsızlıq nə pisdir
Nə çox ata qadınsız
Yoxluğuna söyləyər
Dadın necə olur ki?
Qadın necə olur ki?
Gah bibidir, gah xala
Gah Anadır, gah bala
Bunlardan heç birinin
Qoyma gözü yaş qala
Qadınsız bir ürəyin
Misali bomboş Qala
Qadın necə olur ki?
Bə'zən tez qocalandır
Bə'zən körpə uşaqdır
Qadın zə'rif qanaddır
Tez inciyən, tez küsən
Qadın bir az inaddır
Qadın necə olur ki?
Zamanla gəlin olur
Özgə çıraq yandırır
Gör nə qədər gecəni
Zülmətdən oyandırır
Bə'zən bəxti gətirməz
Yadları tə'nə deyər
Yaralanar köksü də
Tanınmaz hala düşər
Özgələrdə doğmalıq
Yaradan bil qadındır
Qaralar yaraları
Qaradan bil qadındır
Qadın fədakar ulduz
Hər zülmətə nur saçan
Qadın Anadır, Ana
Övlada qucaq açan
Yedirmədən yeməyən
Bə'zən özü ac qalıb
Övladlara deməyən
Qadın belə biridir
Qadın huri, pəridir
Sözü tozlu, sislidir
Qadın bil ki kişinin
Varisidir, nəslidir
Güldürün o gözləri
Qəmli-qəmli baxmasın
Könlünü dərd yaxmasın
Qadın uca ne'mətdir
Cənnətlərin əslidir
Cənnət qadın mislidir
Qadın necə olur ki?
Olmayanlar anlayar
Qadına əl qaldıran
Nakişini mələklər
Lənətləyər, danlayar
Qadın eşqin dodağı
Qadın həyat dərsidir
Qayğıkeş Ana olmaq
Qadınlarda irsidir
Qadın necə olur ki
Ay vəfasız bəd oğul
Sənə ömrün bəxş edən
Doğma , Anan gün gəlir
Yadın necə olur ki?!
Qadın necə olur ki?!
©umidsade_
U