Hüsnünə baxdıqca ruhum titrəyir
Bir ayrı gözəllik duyuram səndə
Sirli görkəminlə, bir toxunuşla
Yatan duyğuları oyatdın məndə
Ellər aşiqindir sənin gör necə
Adına nəğmələr, şeirlər deyir
Sənin gəlişinlə təbiət tamam
Üstünə bəmbəyaz donunu geyir
Kimlər aşiqindi əlbət bilir ki,
Təsvir etmək səni çətindi sözlə
Nə qədər yazalar sənin şəninə
Yenə də gərəkdi görəsən gözlə
#MERAC
©merac
M