Ağ örpəyə bürünübdür təbiət
Bir qar ilə xoşbəxt olur rəiyyət
Səpələnir yer üzünə nur kimi
Naxış, bəzək ya da ki ulduz kimi
Bu nə hikmət ağacların donu var?!
Heyif ki bu gözəlliyin sonu var...
Toxunduqca qəlbdə kinlər soyuyar
Qar yumasa onu artıq nə yuyar?!
Neçə ildir görünmürsən gözümə
Bir az da qal gəl qulaq as sözümə
Getsən əgər bu rahatlıq itəcək?!
Deyir getsəm gözəl güllər bitəcək..
Mən güllərə, həm də sənə vurğunam
Sanki illər xəstəsiyəm, yorğunam
Gəlişində bir gözəllik duyulur,
Gedişində bir başqası uyuyur
Getsən yenə qayıt bizim ellərə
Ağ naxışın bəzək olsun tellərə
Çünki Rabil səndə görüb mənanı
Gəlişinçün çox eyləyib sənanı
❄QəmliAşiq❄
©qemliaşiq
M