Qəmi tənha bölüşməyək biz
kədərli anlarla ötüşməyək biz,
səbr edim bir müddət görüşməyək biz
görüm heç düşərmi darə gözlərin.
Bu eşqi sirr etdim mən daim'ə
dərd olsada söylədim heç kimə
amma gizli qaldıqca tənha qəlbimə
vurdu bir sağalmaz yarə gözlərin.
Bu acı hicrandır canımı alan
sevgidən həsrətdir əbədi qalan
kaşki kor olaydın nəzər salan
o, zamanda əğ'yarə gözlərin.
Hələdə sevirəm eşqə layiqəm
sən əhdə xilaf, mənsə sadiqəm
zülmə əsir düşmüş TƏNHA AŞİQ'əm
məni məndən alıb qarə gözlərin.
©tek
T