Çoxunun payına sevinc düşəndə,
Mənim taleyimə kədər yazıldı.
Kiminin yoluna gül düzüləndə,
Mənim yollarıma quyu qazıldı.
Fələkmi günahkar,yoxsa ki,özüm,
Bilmirəm günahı kimdə axtarım.
Daha görməkdən də yorulub gözüm,
Şahidi olduğum qara baxtları.
Qəmər Məmmədli
Q