Sen nece insansan mən anlamıram.
Ya çox gülməli,ya da ağlağan.
Mənə qarşı niyə beləsən.
Çox qəlbi qara insansan.
☆☆☆
Ölünün dalınca danışmazlar,
Mən sənin dalınca danışmıram ki.
Bir anlıq xəyalımda idin
İndi xəyalımda yoxsan ki.
☆☆☆
Mənim fikrim başqa yerdədi,
Özünə fikir versəydin olmazdı belə.
Qəlbində qara olmasaydı bəlkə,
Bir ömür xoşbəxt olardıq sənlə.
☆☆☆
Bir insan bu qədərmi gözəl olar,
Daxili görünüşünə önəm vermədim.
Daxili görünüşünə önəm versəydim,
Sənin qəlbindən heç keçməzdim.
☆☆☆
Mənim qəlbim su kimi safdı.
Göz yaşından başqa heç nə yoxdu.
Mənim qəlbimə girmək istəsən əgər,
Göz yaşlarımı qurut sonra gəl.
☆☆☆
Sənin qəlbin çox qaradı.
Heç bilmirəm nə var orda.
Bəlkə bir qaratikan kolu
Bəlkədə məhbus insanların qan gölləri.
☆☆☆
Bu şeirin mənası çox dərindədi.
Hər insan anlaya bilməz.
Gözümdən çıxan hər damla yaş,
Sənsiz keçən günlərdən xatirələr.
©rustem16
R