T

Qaranlıq küçələr..

Qaranlıq küçələr buz olmuş ürək,
Qalıbdır tək tənha anlayan yoxdur.
Gözlərim dolubdur ağlamaq gərək,
Bu gözü çox sevən indisə yoxdur.

Neyləyim darıxıram sənsiz qalmışam,
Dərdimə çarədir qaranlıq küçə.
O qədər gəzirəm ki fikrə dalmışam,
Az qalır ürəyim həyatdan köçə.
Unutmaq bu qədər çətindir yəni,
Qəlbimdə gizlicə bir yer açmısan.
Axı unutmur bu qəlbim səni,
Sevgi oxunu ürəyimə taxmısan.
Sevirəm qaranlığı soruş sən niyə,
Bəxtimdə qaradır onunçün ey yar.
Sanki boş bədəndir ruh qalxıb göyə,
Tifeyli tək bədən səni gəzir ey yar.
Susqun şairəm sənə görə yazıram,
Saralmış yarpaqtək ölmüş kimiyəm.
Bəzən yazdıqlarımı boş verib pozuram,
Bir onu bilirəm ki mən dəli biriyəm.
©qemli.can
©sh.tural