Bir dəfə ürəkdən gülmədim sənsiz,
Xoşbəxtlik nədir ki,bilmədim sənsiz
Deyirdin xoşbəxt etməyəcəm səni
Indisə özgəni edirsən xoşbəxt.
...
Sətirlər kədərdi,sətirlər qəmdi,
Ömrümə qar yağır,dumandı,çəndi,
Bəlkə də öləcəm,bu son nəfəsdi
Sətirlər içində itib batıram...
...
Ürəyim boşalmır nə qədər yazsam,
Kaş səni ömürlük qəlbimdə assam
Qəlbimin içində bir məzar qazsam
Orada basdırsam,unutsam səni...
...
Nə isə... yenə də çox uzun oldu
Yenə də ürəyim heç boşalmadı
Yenə də sözlərim içimdə qaldı
Qoy qalsın, nə vaxtsa yazaram yenə...
©mayklmirko
M