S

QƏBAHƏT AXTARIR SÖZÜMDƏN MƏNİM

Bəhanə,qınaqlar söylə ,nə gərək .?
Biz asan gəlmədik,asan da gedək,
Dinib söyləyirsən,çıxaq, tərk edək,
Qəbahət axtarır sözümdən mənim.
Ayımız il oldu ,zaman ötüşdü,
Məhəbbət, sevgiyə ne tez qor düşdü?
Bir vaxtlar eşqinə gözüm düşmüşdü,
İndi eşq düşübdü gözümdən mənim.
Seymur öz canından əziz bilmişdi,
Özündən yol alıb sənə gəlmişdi,
Ağlım ürəyimə xəbər vermişdi,
Əziz deyilsənmiş özümdən mənim.
instagram@seymur_sonmez
©sönmez_s.p