S

"Qemli üreyim"

İllərin zəhməti küsdürüb məni
Ağır bir yük yığıb omuzlarıma
Acılı şirinli ömür yaşadıb
alovlu dərd yağıb ovuclarıma
Söylə ay vəfasız ömür sirdaşım
Səndə yarı yolda saxlarsan məni?
Bəzən hiss etmirəm qan döyüntünü
Günah səndə diyə suçlarsan məni?
Bəlkədə bütün suç məndədir helə
Özümlə bərabər üzürəm səni
Göz yaşım qaynayıb dönüşər selə
Qəfəsdə saxlayıb əzirəm səni
Heyatdan sıxılıb inciyən təki
Senidə ozumle əzirəm ürək
İnan ki, yaşamaq istəmirəm heç
Sürünə sürünə gəzirəm ürək
Sənində qismətin məni daşıyıb
Zərbə ala ala yaşamaq oldu
Alın yazımızmış ay yazığ ürək
Bizim imtahanda acılı yoldu
Qara bulud kimi çöküb ömrümə
Oxunu qəlbimə köklədi bu dərt
Yazığ ürəyimi qana boyayıb
Yoluna hey dəvam eyledi bu dərt
Indi anlayıram mesum ürəyim
Sənin döyüntünü nədən duymadım
Qəm qüssə oxunu sancıb köksünə
Xoşbəxt yaşamağa səni qoymadım
Sekine Bilalova ✍🏻
                                  
©sekine_b