M

🍁#Qəflət🍁

Kim qala əhli-beytdən kənarda dünyadə,
Olar, əlbəttə ki, qəflət deyilən röyadə
Həmi dünyasi, həmi axirəti bərbad olar,
Tutular dil-dodağı sorğu olan əsnadə
Kimdə olsaydi əgər yetmiş iki imani,
Tərk edib getməz idi Hüseyni ol səhradə
O elə kəsdi ki, cənnət ona həsrət qalmış
Yerlə göy dözmədi Zeynəb eləyən fəryadə
Nə zülmlər, nə bəlalər Sizə üz verdi yenə,
Təkcə Allahi çağırdız həmişə imdadə
Rabil, onlar bizə "Nuhun gəmisi" tək nemət,
Qərq olub tufanda kim ki, əl açmış yadə..
🍃#MERAC🍃
©merac