Sən gedəndən nə ad qoyum eşqimə?
Sevgin sonra həsrətinlə yaşadım...
Hardan gəldin, hardan getdin ömrümə,
Elə bilki, bir əfsanə yaşadım...
Ayrılıqsaq biz deyirdiki ölərik,
Çətin qəmə, bu həsrətə dözərik,
Gəldi o an ayrıldıq və ölmədik,
Mənsiz səndə, sənsiz, məndə yaşadım.
Düşüb həyat tamamilə gözümdən,
Nə bilirsən, nə çəkirəm indi mən,
Saçlarıma yavaş-yavaş düşür dən,
Ölməsəmdə həsrətinlə yaşadım...
Baş açmadım bu talehdən, yazıdan,
Nə qaldı ki, mənə başqa acıdan,
Belə yazıb incimədim tanrıdan,
Barışıb mən nə yazıbsa yaşadım....
Dost, yaxını kürəyindən vurmadım,
Xayin, alçağ, nədə namərd olmadım.
Pislər ilə oturmadım, durmadım,
Yaxşı olub, ömrümü pis yaşadım.
Alvin Salim 2021
©alvin_slm
A