İçimdə bir yorğunluq var, soyumuşam bu həyatdan..
Əsir düşüb sanki ruhum, şeirlərdə, qəzəllərdə
İçimdə bir durğunluq var, soyumuşam bu həyatdan..
Solub ruhum yarpaq kimi payız vaxtı xəzəllərdə
Qəm küpünə dönüb qəlbim, hər cümləsi qəmlə başlır..
Kim dindirir peşman olur, qüssə deyir, kədər deyir
Doluxsunur danışdıqca, hər cümləsi nəmlə başlır..
Gileylənir bu həyatdan, həyat tamam hədər deyir
Kədərinə şərik olan, itib-batır kədərində..
Sanki kədər ocağıdı, kədər saçır bu aləmə
Təsəvvür et bu aləmin, nələr yatır kədərində..
O aləmə baş vuranlar, durub qaçır bu aləmə
🍃©MERAC~©M.R.🍃
🍃#MERAC🍃
©merac
M