A

Qələm

Bu gün qələmim yazmadı heçnə
Lazımsız şəkildə qaldı kənarda
Şeirlər dilimdən coşdular yenə
Ümidlər ilişib qaldı qatarda
Bilmədim yazım bir şeylər ya qalsın
Bir gün çiçəklənən sabahla açsın
Şeir itib batsın alışıb yansın
Əbədi röyada başını qatsın
İstəmədim gecə udsun günəşi
Aydınlanmasın bir yeni sabahlar
Yerində fırlansın yansın hələki
Güllər çiçəklərlə bəzənsin bağlar
©alican