Bu ev bu küçə (sokak) qədər tənhalaşıb yox olub,
Bir qocası komada, qəlbi qışa yoluxub....
Qar yağıb saçlarına hər tərəf ağ geyinib.
Üzündəki yağış da ünvanına gecikib.
Ömrü bitən siqaret, gözləri dumanlıdır,
Gələcəyə yox ümid, keçmişə gümanlıdır.
Cavanlığı bəzəyir otaqda divarları,
Bu qocanın gözündə məhv olub xəyalları.
Günəşi batıb daha, yayı sazaqlardadır.
Cismi soyuq daxmada (kulübe), ruhu uzaqlardadır.
Orda çiçəklər açıb, orda hava da isti,
Yağışlar göyə yağır, buludlarsa yer üstü.
Gəzir sonsuzluğunu itirdiyi üz iylə,
yağışlara iz olan bu qırışmış üzüylə ...
Bəlkə də dönməyəcək, ruhu ölüb o canın dodağından gülüşlər köç eyləyib qocanın.
Yavaş- yavaş əriyir, şam (mum) tək axır gözündən,
uzaq tuta da bilmir qaranlığı özündən.....
Bu ev bu qoca qədər üşüyür çox soyuqdur, Pəncərəsi şişəsiz, divarları oyuqdur.
Küf geymiş üzərinə isinmir ayaqları,
Titrəyən əllərində keyiyib barmaqları ....
Tək yoldaşı xatirə ona sadiq qalandır,
kölgəli gözlərində qaranlığa dalandır.
Bu ev bu küçə qədər tənhalaşıb yox olub.
Bir qocası komada, qəlbi qışa yoluxub......İradə
I