Ö

Qocaldıq.

Müəllif Ömür Yazar
Qocaldıq. 2021.
Nə azaldıq, nə çoxaldıq,
Yorğun - yorğun, halsız, ağır.
Eyni geyim, eyni baxış,
Biz eyni yaşda qocaldıq.
Əllərimiz əsənədək,
Yavaş- yavaş, aram- aram.
Əcəl nəfəs kəsənədək,
Biz eyni daşda qocaldıq.
Qırışlar işlənib sanki,
Üzümüzə incə -incə.
Gəlib yetişmiş o an ki,
Ağarmış başda qocaldıq.
İllərlə boğuşub durduq,
Kimdir məğlub, kimdir qalib...
Özümüzlə müharibə,
Və savaşlarda qocaldıq.
©ömüryazar