Günlər ötür, aylar keçir,
Həyat yorur, darıxıram,
Üzlər görüb, deyinirəm,
Qocalıram, yavaş - yavaş.
Səbr eyləyib, gözləmirəm,
Düşünməklə, olmur bu iş,
Zamanla mən, yarışıram,
Qocalıram, yavaş - yavaş.
Sinəmdə var, xeyli sözüm,
Gileyliyəm, bu gərdişdən,
Ürək daha, baxmır sözə,
Qocalıram, yavaş - yavaş
Dünənimə, bu günümə,
Durub baxıb sabahıma,
Xurcunumda, dolmur daha,
Qocalıram, yavaş - yavaş.
SARVAN ƏLİYEV ✍️ APSƏR
©yusam
Y