_

Qocalmaq tək yaşdan aılı deyil

Qocalmaq tək yaşdan asılı deyil
İçinə atdıqca dərdlər böyüyür
Dilədim ki duzsuz olmasın sevinc
O gündən daxilim yaman göynüyür
Yadıma düşdükcə gülən sifətim
Ağlımda almır ki belə olubdu
Fikrimə hər dəqiqə gələndə ümid
Bağlamaq deyəndə gözüm dolubdu
Bu can ki əlini vicdana qoyub
Özünə bu qəsdi etməsəydi kaş
Mən bir yazının izinə düşdüm
Baxdim ki pozulub qalmayıbdı baş
Elə bir duyğu var bəladır necə
Yandırır atəşsiz soyuq ürəyi
Mən acı misrayla fikir atarsam
O an yanımda deyil könlün gərəyi
Ömürün uşaqlıq çağında insan
Nə üçün dərindən bu ahı çəkir
Mən yazan deyildim həyat örgədib
Salıb söz dalınca edibdi şair
huseyn_derin
©huseyn_nn
©_huseyn_