İnsanın olmazsa əgər qəlbidə bir zərrə iman
Onda bir insani cəhət olmasına yoxdu güman
Atmaz o tutduqlarını lap geriyə dönsə zaman
Yoxdusa insanlıq əgər şöhrəti qoy bir kənara
Gəldi gedərdir bu ömür gəl onu layiqli yaşa
Gəl elə bir ömr elə ki vurmayasan sonda başa
Cəhd elə ki sən vurasan ömrünü layiqli başa
Axtar həqiqətləri sən sərvəti qoy bir kənara
Kimlər eqoist olacaq bil yenə "mən-mən" deyəcək
Bağdakı güllüklərə yox xarlığa gülşən deyəcək
Düşsə çətinliklərə bax onda dönüb sən deyəcək
Eylə nəzər qəlbinə bəd xisləti qoy bir kənara
🍃MERAC🍃
©merac
M