M

🍂Qəribədir bu həyatın hər işi...🍂

Bütün dünya qoy düşmənim kəsilə
Günahkarsam əlim, qolum kəsilə...
Sən çağırsan gözü bağlı gələrəm,
Yol taparam mən o həzin səs ilə...
Bir dünyada ayrı dünya yaşadıq,
Bir zamanlar bərabərdik, qoşaydıq...
Xəyal qurduq, ayrılanda yolumuz,
Qurduğumuz xəyalları "boşadıq"...
Ağır oldu bu həsrətin gəlişi,
Qəribədir bu həyatın hər işi...
Bıçağını elə yerə saplayır,
İtirirsən bir ömürlük gülüşü...
🍃MERAC🍃
©merac