Sevgi dolu ürəklər
xoş arzu xoş diləklər
hətta gözəl mələklər
valeh və heyran sənə.
canımda qurban sənə.
Gül nədir rehan nədir
bülbülə nişanədir
qəlb evim viranədir
qalsam nigaran sənə.
doğmadır bu can sənə.
Rəhm elə ey gözəlim
gəl sağalım, düzəlim
yetməsə sənə əlim
kim olar qurban sənə.
eşq ilə canan sənə.
Sev bu TƏNHA AŞİQ'i
ol əhdinin sadiqi
eşqin dəlil təsdiqi
varlığım ehsan sənə.
istədiyin an sənə.
TƏNHA AŞİQ
©temhaasiq
T