⚜ Qürbet quşu ⚜
Qürbət quşuyam tənhayam, təkəm
Taqətsiz ürəyimlə bədənimə yükəm.
Az qalıram dizlərim üstə çökəm
Vetenden qürbətə gələn biçarə köçəm.
⚜⚜
Yorğunuq sən də, mən də
Təsəlli edəcək güc nə səndə,nə də məndə.
Üst-üstə yığılır ürəkdə qəm də,
Hər şeyə həsrətmi gedəcəm öləndə?
⚜⚜
Qalmayıb gənclik həvəsi sinəmdə,
Dil yorğun düşür azca söz deyəndə.
Boşa keçən günlərimə yanıram,
Yorğun gözlərimi güzgüdə görəndə .
⚜⚜⚜ ✍ vefanın sesi ✍ 12.08.18
©vefasesi
V