S

Qürbət yollari

Gedirəm qürbətə yad ellərə mən
Bir tikə çörəyin ruzinin dalınca
Deyin necə küsmüyüm yurdumdan
O öz qoynunda məni ac qoyunca
Gedirəm bəlkədə qayıtmaq olar
Yazilan qismətimdə alın yazimda
Tanrim yolumu qoy açıq etsin
Qürbətə gedən, uzanan yolumda
Bəlkəm darixacam həsrət çəkəcəm
Çalışıb,vuruşub, əziyyət çəkəcəm
Hərdən kövrəlib göz yaşı tökəcəm
Qürbətə gedən, uzanan yolumda
Çoxlari düşübdür bu uzun yola
Tanrim yetir onlari sən ruzulara
Qoyma yetim qala yada kimsəsiz
Qürbətə gedən uzanan yolunda
Qürbətdə həsrət ,qürbətdə darixmaq
Hamının məqsədi ancaq çalışmaq
Olmasın bu yolu peşman qayıtmaq
Qürbətə gedərək , uzanan yolda
Bəlkəmdə qismət olmadi qayitmaq
Gəl elə gedərkən biz halallaşaq
Hamımız Tanrıya bir əmanət olaq
Qürbətə gedərək , uzanan yolda
©sairqemli