Müəllif Ömür Yazar
Qurtar! (08.06.2020)
Bircə istəyim var ulu tanrıdan,
Məni bu millətin əlindən qurtar.
Nə həya edirlər, nə ar edirlər,
Qeyrət yoxsulunun dilindən qurtar!
Hər kəs ayrı hava çalıb, oynayır,
Biri, bir digərin didir doymayır,
Yavaş-yavaş artıq hörmət qalmayır,
Hörmətsiz yaşayış elindən qurtar!
Ağ gün deyə - deyə qaralıb getdik,
Sıxıla-sıxıla daralıb getdik,
Salıblar qorxuya saralıb getdik,
Cəhənnəm bağının gülündən qurtar!
Açımazmı axı can başqa cana,
Qan qoxur dünyamız, bulanıb qana,
Acından ölürsə bir yaşlı ana,
Zühur et ey ağam, zülümnən qurtar!
©ömüryazar
Ö