Sənmi bacarmadın sevməyi ey yar.
Mənmi sevilməyə layiq deyildim?
Yadında qürurlu insan idim bəs.
Bu sevgi önündə necə əyildim?
Yolumdan çəkilib getdiyin o gün
Ölüb dirilirdi canım qəhərdən
Gözlərim at kimi irəli qaçır
Ürəyim düşmüşdü daha yəhərdən
Gedişin iz kimi qaldı gözümdə
Demirəm onsuda göz yaşım yuyur
Ancaq xatirlər var ki həmişə
Yadına düşəndə insan quruyur
Hər açılan sübhə səni yalvardım
Sanki bu olanlar yuxu kimiydi
Unutmaz bu könül yadında qalsın
Çünki o gözlərin tək hakimiydi
Artıq heç düşünməz deyə bilmirəm
Heç asan ayrılıq görmüsənmi sən
Həmin gün dön geri deyə bilməyib
Eh cahil özgüvən yenilmişəm mən
©huseyn_nn
_