Utan ey insan sən Allahdan utan
Sizin kimisini çox gördü zaman.
Haqq yeyib tala indi kim ac qala
Yaxşılıq etmə yoxdu zatən qanan.
Oxu desəydi Allah oxuyardıq
Odur ki, ol səndə yamadan yaman.
Təcəvüz eylə sən xalqa millətə
Zatən gözün yumub hərkəs yox baxan.
Qızlar olsun fahişə oğlanlar gey
Mömün səndə büt tik şeytana inan.
Bərəkəti qov kasıbın evindən
Yedir çörək deyə millətə saman.
Əvvəl nə idi yardım kömək vardı
Olub indi hammı öz taxdında xan.
Birinə əl tutma vermə sədəqə
Yaxşılıq edən kəs cəhənnəmdə yan.
Yox cənnət inanma dünyaya bağlan
Hər şeydən şirindi axı cismi can.
Gedib savaşma alma torpağ filan
Boşa axıb vətən üçün axan qan.
Utan ey insan sən Allahdan utan
Sizin kimisini çox gördü zaman.
Dərya yazdı bu qəzəli ey xalq sizə
Səslənin bu qəzəli olun ozan.
©darya_isaq
D