M

🍃QƏZƏL🍃

Sözün qədrini yoxdursa əgər göstərə bir kəs bizə burda,
Edim qoy kim ola hər kəsə aydın çökəcək söz dizə burda
Bizə doğrunu Allahu təbarək və təalə necə sözlə
Dedi İncili,Tövratidə, Quranidə bax ta ki Zəburda
Olar kim ki, əgər yaxşı, gözəl aləmin hər imtahanında,
Deyər sahibi-aləm verirərəm cənnəti mə'va sizə burda
Bütün aləmi, hər mövcudu gör bir necə cəm eylədi sözdə
Görün ibrət alın ki, necə qiymət verilibdir sözə burda
Verir, Merac, O vəd eylədiyin, çün sözünün sahibi, gözlə
Gərək istəyən hər neməti bir müddəti əlbət dözə burda
🍃MERAC🍃
©merac