M

🍃~Qəzəl~🍃

Aşiq edər öz eşqinə sinəsini qalxan kimi
Günlər keçər aşiqlərə dərd-qəm kimi, hicran kimi
Qəm-qüssələr bükmüş belin saçlarına salmış dəni
Bu dərd ilə bir gün belə ömr etməmiş insan kimi
Qəlbində də izlər qalıb ol yarəsindən xatirə
Qəlbi olubdur eşqidən indi tamam al-qan kimi
Salmış onu canan necə bilməm əzab, zillətlərə
Yox insafı insaf kimi, nə peymanı peyman kimi
Bir tək təsəlli eşqidir ki, eşqi güc vermiş ona
Öz eşqinə aşiqdir o coşmuş daha ümman kimi
Merac, həqiqi eşqi kim tapsa olubdur bəxtəvər
Kim ki sevər naqis kəsi qəlbi olar viran kimi
🍃MERAC🍃
©merac