Söz var ki qədri bilinmir qalıb əllərdə bu gün
Neçə illər yaşayıbdır batır illərdə bu gün
Həmən əvvəlki zamandan daha yoxdur bir əsər
İtiribdir o gözəl ətrini güllər də bu gün
Hanı məcnunluq edib eşq ilə tufan qoparan?!
Bircə aşiq də görünmür daha çöllərdə bu gün
Niyə düz gəlmir əməllə deyilən sözlərimiz?!
Neçə nöqsan görünür bir belə dillərdə bu gün
Merac, arzum budur haqqın yolunu azmayasan
Atdığın addıma bax, batma bu sellərdə bu gün
🍃MERAC🍃
©merac
M