Götürər niqabi rüxdən ki, vəfalı yar yar üçün
Götürər üzündən ancaq, ki vəfasız əğyar üçün
Bülbül hər fəsildə gözlər gülünü gözəl səsiylə
Pozmaz heç zaman öz əhdin ayrı gül, ya bahar üçün
Elə ömr elə həyatda ki, izin silinməz olsun
Bir əsər tapılmaz izdən yaşasan hər an var üçün
Cahilin gözü, qulağı varsa da, nədir ki xeyri?!
Anlayar desən əminəm haqqı kor, ya da kar üçün
Kim ki, əhli-məna olmaz öylə zənn edər ki, bülbül
Canını gülə deyil də, verib əyri bir xar üçün
Sən ümid işığı saxla qəlbidə kiçik də olsa,
Gələcək bahar cəzası tüğyan eyləyən qar üçün
Merac, hey zərbə dəyibdi kim həqiqətlə olubsa
Zərbələr gələr nə cür ki, düz olanda mismar üçün
🍃MERAC🍃
©merac
M