M

🍃QƏZƏL 🍃

🍃QƏZƏL🍃
Dünya, nə qədər yazmaq olar caniliyindən,
Bivaxt əcəlin bir bu qədər aniliyindən.

Aldandı görən hansı ağılla bəni-adəm?!
Hər kəs danışırdı "gözəlin" faniliyindən.
Adəm yaranandan bəri çəkmişdir əziyyət,
Azadə qalan nəfsinin heyvaniliyindən.
Uyduqda bəşər nəfsinə insan demək olmaz,
Çıxmışdır o kəs qıl nəzər insaniliyindən.
İman ilə eşqin qapısın açdısa hər kim,
Aləm boyanıb nur ilə nuraniliyindən.
Rabil, çalış iman gücü qat ruhuna, onda,
Düşməzsən Onun şübhəyə vəhdaniliyindən.
🍃MERAC🍃
©merac