M

🍃QƏZƏL🍃

Canımızın canıdı cananə fəda canımız,
Get bütün aləmləri gəz, bir dənə cananımız.
Biz ki, sənin nokərinik, sən də bizim şahımız,
Əmrinə biz müntəzirik əmr elə, sultanımız!
Xəstə olanlar sənin isminlə şifa tapdılar,
Et nəzər aşiqlərinə, dərdlərə dərmanımız!
Ömrümüzün səndədi fərmanı, ey istəklimiz!
Sən dediyin bir dənə ol öldədi son anımız...
Aləmə saç nurunu qoy zülməti məhv eyləsin,
Zülmətə qərq oldu daha hər tərəf, hər yanımız...
Sən bizə qurban ilə kəs söyləmisən nəfsini,
İçdəki heyvanə baxır çöldəki qurbanımız...
Kəsməliyik, Rabil, onun başını biz öylə kim,
Axmalıdır yerlərə qurbandakı tək qanımız..
🍃©MERAC🍃
©merac