M

🍃~QƏZƏL~🍃

Hər hadisədən sən götür ibrətli nişanı
Azdırmadadır gör nə qədər insani şanı
Baxsan sən əgər aləmə hikmət nəzəriylə
Bir başqa cürə bil görəcəksən bu cahanı
Bir yol da nəzər eylə bu gəl-get qatarına,
Az ömr eləyən, ya da usanmış qoca hanı?!
Həm gəncliyə, həm səhhətə vaxtında dəyər ver
Həsrətlə deyərsən: "Dönə kaş bircə zamanı"
Bar vermiş ağac dikməlidir başın aşağı,
Çox insanı azdırdı, fəqət bil, adı, sanı
Kaş ömr edə insan həyatın insana məxsus
Merac, belə ömrün elə cənnətdir hər anı
🍃MERAC🍃
©merac