M

🍃~ QƏZƏL ~🍃

Bəsdi dərdim dinlədin dur, saqi, dur peymanə ver!
Bəlkə, yaddan çıxdı dərdim, mey məni-nalanə ver.
Tapmadım həmdərd olan, Məcnunə döndüm, ey Xuda,
Aşiqə cövr eyləyən insafı gəl, cananə ver.
Heç rəvadır şanələr zülfündə kəc baxsın mənə?!
Ey səba, get şanədən zülfün götür bir yanə ver!

Vəslin ömrün qılmısan nəyçün qısa əndazədə?!
Bu qısa ömrü, Xuda, al vəsldən hicranə ver.
Əhli-eşqi, zahida, döndərməz əsla sözlərin,
Sən bu bica vədini get başqa bir karvanə ver!
Dərdimiz çoxdur, fəqət çoxluq deyildir dərdimiz,
Dərd odur ki, dərdini yoxluqda tap dərmanə ver.
Rabila, kaşaneyi-könlündə yer vermiş kəsə,
Səncə, məqbuldur geri sındır dili, viranə ver?!
🍃MERAC🍃
©merac