P

Qəzəl adı- GƏLDİ GÖRMƏDÜN

Çoban getdi, alim gəldi görmədün,
Xəstə idin həkim gəldi görmədün,
Yazda açan bir gülsən, qışda olar nə işin?
Soyuq bir iqlim gəldi görmədün.
Belə görünür şeytana sən uyursan,
Üstüvə zalim gəldi görmədün.
Ərəb əlifbasını say mənimçün,
Əlif gəldi, mim gəldi görmədün,
İlk insan kimdi gülüm bilirsən?
"Adəm" adlı isim gəldi görmədün
Kərbəlada xanım Fatimə öldürüldü,
Üstü qanlı çəlim gəldi görmədün.
Ol döyüşdə başı kəsildi Hüseynin ,
Qanlar axan geyim gəldi görmədün.
Həzrət Əli siyirdi Zülfüqarın,
Kafirə bir qənim gəldi görmədün.
Əli saydı Siratdan keçənləri,
Kasıb gəldi, yetim gəldi görmədün.
Bir adına İmam Mehdi deyirlər,
Həzrəti Qaim gəldi görmədün.
©poeterlan